13 C
Baku
Thursday, April 18, 2024

Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaratdı – Nə iş görəcək?

STP özü investisiya xarakterli idarəçi şirkət olaraq fəaliyyət göstərəcək.

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) strukturunda daha bir şirkət yaradılıb.

Banker.az xəbər verir ki, bu “STP Polymer” MMC-dir. Şirkət 100 min manat nizamnamə kapitalı ilə təsis edilib.

STP-dən bildirilir ki, “STP Polymer”, sənaye parkının tərkibində olan Polimer Məmulatlar Zavodunun əsasında yaradılıb.

“Bildiyiniz kimi STP bazar tələblərinə daha çevik reaksiya vermək məqsədilə struktur dəyişikliyi edib zavodları aidiyyəti üzrə birləşdirərək yeni şirkətlər  yaratmışdı. Polimer STP-nin tərkibində qalmış yeganə zavod idi”- deyə, şirkətdən bildirilir.

Şirkətdən verilən açıqlamaya görə, artıq  Polimer Məmulatları Zavodu da ayrı şirkət kimi fəaliyyət göstərəcək. “STP Polymer” sənaye  və məişət üçün polimer borular və qəlib vasitəsilə ilə  istehsal olunan müxtəlif polimer  məhsullar istehsal edəcək.

Xatırladaq ki, STP-nin ərazisində fəaliyyət göstərən 30-dan çox istehsaı sahəsini əhatə edən 10 zavod artıq  7 şirkət olaraq formalaşdırılıb.  Həmin şirkətlər bunlardır:

  • STP Global Cable
  • SOCAR-STP
  • ASSAN STP Panel
  • STP AH
  • STP Aluminum
  • STP Metal Structures
  • STP Polymer

“Sumqayıt Texnologiyalar Parkı” MMC isə  investisiya xarakterli idarəçi şirkət olaraq fəaliyyət göstərəcək.

Son xəbərlər
Digər xəbərlər