“Sumqayıt Texnologiyalar Parkı” MMC-yə (STP) yenidən maya qoyulub.
Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı sonuncu dəfə 76.8 milyon manat və ya 24.5% artırılıb.
Beləliklə, texnologiya parkının kapitalı 389.85 mln. manata yüksəlib.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb, İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.