20 C
Baku
Friday, May 3, 2024

“Sumqayıt Texnologiyalar Parkı”nın kapitalı ₼288 milyona çatdırılıb

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı da artırıldı.

Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı 49 430 000 manat və ya 21% artırılmaqla 287 650 346 manata çatdırılıb.

“Sumqayıt Texnologiyalar Parkı” MMC 2012-ci ildə şirkət kimi təsis edilib. STP Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi Qafqazda və Azərbaycanda yaradılmış ilk texnologiya parkıdır.

2023-cü ilin mayında STP-nin baş direktoru Ruslan Ağabəyli vəzifəsindən azad olunub, onun yerinə Hicran Valehov təyin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər