Sumqayıt Kimya Sənayesi Parkının rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılıb.
Banker.az xəbər verir ki, STP-nin nizamnamə kapitalı sonuncu əməliyyat zamanı 8.54 mln. manat və ya 2.2% artırılmaqla 398.39 mln. manatı keçib.
2023-cü ilin iyununda 49.43 mln. manat, iyulda 2.3 mln. manat, avqustda 13.06, dekabrda 8.7 mln. manat və 2024-cü ilin yanvarında 76.8 mln. manat artırılıb.
Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb, strukturunda müştərək və ya törəmə olan 10 zavod fəaliyət göstəririr.
- Kabel Zavodu
- Polimer Məmulatlar Zavodu
- Elektrik Avadanlıqları Zavodu
- Sendviç Panelləri Zavodu
- Mexaniki Emal Zavodu
- Qaynaq Quraşdırma Zavodu
- Metaləritmə Zavodu
- Antikorroziya Örtükləri Zavodu
- Aliminium Və Mis Profilləri Zavodu
- Texniki Qazlar Zavodu