Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti “STP Metal Structures” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 826 000 manatdan 1 076 000 manata qaldırılıb.
Beləliklə, nizamnamə kapitalı 250 000 və ya 30.3% artırılıb.
Xatırladaq ki, “STP Metal Structures” MMC 2020-ci ildə təsis edilib. Şirkət Qaynaq Quraşdırma Zavodunnun idarəedicisidir. Tərkibində 10-dan çox istehsal sahəsi mövcuddur.