6 C
Baku
Sunday, December 15, 2024

Sumqayıtda 9 ayda 11%-dən çox iqtisadi artım olub

Bu ilin yanvar-sentyabr aylarında Sumqayıtda 4 milyard 80 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.3% çoxdur.

9 aylıq məhsul istehsalının 3 milyard 434,7 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11.4% çoxdur.

Hesabat dövründə Sumqayıtda əsas kapitala 200 milyon manat vəsait qoyulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər