23 C
Baku
Saturday, April 20, 2024

Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif olunur

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hazırda Sumqayıt şəhərinin Sülh və Bulvar küçələrindəki komplekslərdə 1,2,3 və 4 otaqlı satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir.

Banker.az xəbər verir ki, bununla bağlı İKZF özünün “Facebook” səhifəsində bildirib.

“Mənzillər geniş həyətyanı sahəyə malik, əsas sosial infrastruktur obyektlərinə (məktəb, uşaq bağçası, nəqliyyat və s.) yaxın komplekslərdə yerləşir. Bütün yaşayış sahələri kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub. Mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Elektron sistem üzərindən vətəndaşların seçimi üçün açıq olan mənzillər və yaşayış kompleksləri barədə daha ətraflı məlumatla bu keçid – http://mcgf.gov.az/menu/211 vasitəsilə tanış olmaq mümkündür”, – İKZF bildirir.

Məlumata görə, hazırda İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mənzil üçün vətəndaşlardan müraciətlərin qəbulunu davam etdirir: “Təklif edilən kirayə mənzillərin siyahısında (http://mcgf.gov.az/menu/202) vətəndaşların seçimi üçün 275 yaxın yaşayış sahəsi mövcuddur”.

Bildirilir ki, 2022-ci ilin əvvəlindən İKZF tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 1 656 yaşayış sahəsi vətəndaşların istifadəsinə verilib. Bununla da bağlanmış kirayə müqavilələrinin sayı 2 938-a çatıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər