Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, icra başçısnın əmri ilə başçının müavini, həmçinin Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad edilib.
2 sentyabr 2015-ci il tarixindən etibarən Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır.
İki gün öncə icra başçısının əmri ilə Fərid Ələkbərov Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib.