15 C
Baku
Saturday, April 27, 2024

Sunak Makronla görüşüb – Yenilənib

14:55

Britaniya Baş naziri Rişi Sunak bu gün Parisdə Böyük Britaniya-Fransa Sammitində iştirak edir.

Parisdəki Yelisey sarayında baş tutan sammit çərçivəsində Rişi Sunak Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

İki lider jurnalistlər qarşısında əl sıxışıblar. Rişi Sunak özünün “Tvitter” səhifəsində Fransanı yaxın dost, tarixi müttəfiq adlandırıb.

Qeyd edək ki, sammit daxili enerji təchizatını təmin etmək və xalqı Rusiyadan və başqa yerlərdən gələn təhlükədən qorumaq da daxil olmaqla, ortaq problemlərin həlli üçün tərəfdaşlığın möhkəmləndirilməsinə yönəldiləcək.

***

07:57

Rişi Sunak bu gün Parisdə Makron ilə görüşəcək

Britaniyanın baş naziri Rişi Sunak bu gün Parisdə Böyük Britaniya-Fransa Sammitində Emmanuel Makron ilə bir araya gələcək.

Danışıqlar daxili enerji təchizatını təmin etmək və xalqı Rusiyadan və başqa yerlərdən gələn təhlükədən qorumaq da daxil olmaqla, ortaq problemlərin həlli üçün tərəfdaşlığın möhkəmləndirilməsinə yönəldiləcək. Sammit, koronavirus pandemiyası və Rusiyanın Ukraynaya təcavüzündən sonra Böyük Britaniya və Fransa liderlərinin ilk ikitərəfli sammiti olacaq. Bundan əvvəlki sammit 2018-ci ildə keçirilib.

Böyük Britaniya-Fransa Sammiti Parisdəki Yelisey sarayında baş tutacaq. Sammitdə Britaniyanın daxili işlər naziri, xarici işlər naziri və müdafiə naziri də iştirak edəcək. Daha sonra Britaniya vaxtı ilə saat 14:00-da baş nazir və prezident Makron birgə mətbuat konfransı keçirəcək.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər