16 C
Baku
Friday, May 3, 2024

Süni intellekt şirkətləri “Micosoft” və “Alphabet”in hesabatından sonra $190 mlrd. dəyər itirib

Süni intellektlə əlaqəli şirkətlər “Microsoft”, “Alphabet” və “Advanced Micro Devices”in hesabatından sonra 190 milyard dollar dəyər itirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Səhmdəki azalma, texnologiyanı korporativ mənzərəyə gətirmək vədi ilə səhmləri son aylarda rekord həddə çatdıran və süni intellektlə dəstəklənən artımdan sonra investorların gözləntilərinin yüksək olduğunu göstərir.

“Google”un ana şirkətinin səhmləri dekabr ayında reklam gəlirləri gözləntilərdən aşağı düşdükdən sonra 5.6% ucuzlaşıb. “Alphabet” süni intellektlə bağlı planlarını dəstəkləmək üçün şirkətin məlumat mərkəzlərinə xərclərinin bu il “Microsoft” ilə gərgin rəqabət səbəbindən artacağını açıqlayıb.

Eyni zamanda, “Google Cloud”un gəlir artımı Uoll-Stritin proqnozlarını bir qədər üstələyib, buna süni intellektə olan maraq da kömək edib. Qeyd edək ki, “Microsoft”un “Azure” səhmləri daha sürətli artım nümayiş etdirib.

“Microsoft” korporasiyası da analitiklərin rüblük gəlirlə bağlı proqnozlarını üstələyib. Bununla belə, şirkətin səhmləri çərşənbə axşamı günü qısa bir müddət ərzində rekord həddə çatdıqdan sonra  0.7% ucuzlaşıb. Süni intellektə dair nikbinlik “Microsoft”un bazar dəyərininin bu ay “Apple”ı geridə qoyaraq 3 trilyon dolları keçməsinə səbəb olub.

Keçən il süni intellektlə bağlı nikbinliyə görə üç dəfədən çox artdıqdan sonra yanvar ayında 27% bahalaşan “Nvidia” səhmləri 2%-dən çox ucuzlaşıb. Daha əvvəl çip istehsalçısı “Intel” süni intellekt yarışında geridə qaldığı üçün birinci rübdə mənfəət proqnozunu verdikdən sonra səhmləri 10%-dən çox düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər