12 C
Baku
Wednesday, December 11, 2024

Suriya Ukrayna ilə diplomatik əlaqələrini kəsdi

Suriya Ukrayna ilə diplomatik əlaqələrini kəsmək barədə qərar qəbul edib.

Bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən “Sana” agentliyi yayıb.

Məlumata görə, Suriya Ukraynanın analoji addımına cavab olaraq bu barədə qərar verib.

Xatırladaq ki, iyunun 29-u Suriya “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqilliyini və suverenliyini tanıyıb. Bunun ardınca, Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə diplomatik əlaqələri kəsdiklərini açıqlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər