22 C
Baku
Friday, April 19, 2024

Şuşa və Ağdama avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb

Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 64 reys həyata keçirilib. Ümumilikdə 2800-dən çox sərnişin müvafiq istiqamətlər üzrə səfər edib.

Vətəndaşların istəkləri nəzərə alınaraq, Bakı – Ağdam – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Məlumat üçün bildirək ki, martın 13-də Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada qalmasına şərait yaradılıb. Sərnişinlərin təhlükəsiz şəkildə geri dönmələri təmin edilib.

Son xəbərlər
Digər xəbərlər