15 C
Baku
Thursday, May 2, 2024

Şuşada TDT Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb – Yenilənib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsinin imzalanması mərasimi keçirilir.

İmzalanma mərasimi başa çatandan sonra dini liderlər Birgə Bəyannamə qəbul edəcəklər.

Daha sonra onlar birgə mətbuat konfransı keçirəcəklər.

***

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

Sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər