6 C
Baku
Saturday, December 14, 2024

“Suzuki” “Toyota” ilə birlikdə yeni elektromobillər istehsal edəcək

Yaponiyanın “Suzuki” və “Toyota” şirkətləri yeni müştərək elektromobillər istehsal edəcək.

Hazırda hər iki avtomobil istehsalçısı gələcək model üçün əsas olacaq kompakt elektromobillər üçün vahid platforma üzərində işləyirlər. Söhbətin kiçik krossoverdən getdiyi güman edilir.

Yaponiya şirkətləri bununla Hindistanın “Tata Motors” konserni ilə rəqabət aparmaq niyyətindədirlər. Qeyd edək ki, həmin şirkət də elektromobillərin istehsalını artırmaq qərarına gəlib və bu məqsədlə yaxın günlərdə “Ford India” Hindistanın qərbindəki Qucarat əyalətinin Sanand şəhərində zavodunu alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər