6 C
Baku
Sunday, December 15, 2024

Svop əməliyyatları çərçivəsində neft və qazın idxalına vergi güzəşti olacaq

Svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 3 il müddətinə vergidən azad olacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər