8 C
Baku
Thursday, December 12, 2024

SWAP layihəsi çərçivəsində kəşfiyyat qazması başa çatıb

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində üçüncü geoloji-kəşfiyyat quyusunun qazılması başa çatıb.

Bu barədə neft-qaz bazarındakı mənbədən bildirilib.

“Layihə çərçivəsində üçüncü quyunun qazılması başa çatıb”, – deyə, mənbə qeyd edib. Qazma işlərinin təfərrüatları və nəticələri açıqlanmayıb.

Qeyd edək ki, SWAP çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması Caspian Drilling Company” (CDC) şirkətinin operatorluğu ilə “Satti” özüqalxan qazma qurğusu vasitəsilə aparılıb. Quyunun qazılmasına 4 aprel 2022-ci il tarixində “Qarabatdağ” sahəsində başlanıb. Birinci və ikinci quyuların qazılması nəticəsində rentabelli (iqtisadi cəhətdən səmərəli – red.) göstəricilər əldə edilməyib.

Xatırladaq ki, BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatorudur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və “Lukoil” – 25%.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər