14 C
Baku
Thursday, April 25, 2024

Tədqiqatçılar üçün SPSS təlimi

QSS Analytics Tədqiqat Mərkəzi 24 saatlıq “Statistika və IBM SPSS” təlim proqramını elan edir.

Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri ilə yanaşı, SPSS ilə əlaqədar bütün əsas bilikləri əldə edəcək və beləliklə, tədqiqatınız üçün lazım olan analizləri çox daha tez və daha dəqiq şəkildə əldə edəcəksiniz. Bu isə sizə elmi əsaslı nəticələr əldə etməyə kömək edəcək, həmçinin qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir.

Sosial elmlər üçün Statistika Paketi (Statistical Package for Social Seciences) Bizneslər, Dövlət müəsisələri, Elmi Tədqiqat İnstitutları, Akademik təşkilatlar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. SPSS böyük həcmli data ilə işləyən və ya sadəcə cəld və dəqiq bir şəkildə statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir. Bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirmə və klaster analizi kimi bir çox bilikləri özündə birləşdirir. Siz bu təlim vasitəsilə fundamental statistika bilikləri ilə yanaşı, SPSS ilə əlaqədar bütün əsas bilikləri əldə edəcək və beləliklə, tədqiqatınız üçün lazım olan analizləri çox daha tez və daha dəqiq şəkildə əldə edəcəksiniz. Bu isə sizə elmi əsaslı nəticələr əldə etməyə kömək edəcək, həmçinin qərarvermə sürətinizi artıraraq işinizin keyfiyyətini yüksəldəcəkdir. Son olaraq, Tədqiqat Layihəsi (TL) vasitəsi ilə siz kursda qazanlılan bilikləri real tədqiqata tətbiq etməklə müvafiq elmi əsaslı nəticələr əldə edəcəksiniz. (Bu Tədqiqat Lahiyəsi sizin üzərində işlədiyiniz hansısa biznes, sosial və ya akademik tədqiqatınız ola bilər).

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?

– Böyük həcmli data ilə işləyən ictimai və özəl sektor çalışanları;

– Elmi tədqiqat institutlarının əməkdaşları;

– Elmi tədqiqat ilə məşğul olan magistratura və doktorontura namizədləri;

– Analiz bacarıqlarını praktiki olaraq inkişaf etdirmək, dəqiq nəticələri sürətli şəkildə əldə etmək istəyənlər;

– Gələcəkdə bu sahədə çalışmağı planlaşdıran tələbələr və digər şəxslər.

Təlimin formatı:

Təlimin məqsədi Statistika və ya Riyaziyyatı peşəkar səviyyədə bilməyənlər üçün praktiki biliklər öyrətməklə onların tədqiqat prosesini asanlaşdırmaqdan ibarətdir. Bunun üçün də bütün statistik proseslər elmi terminləri mümkün olduğu qədər azaltmaqla sadə və anlaşıqlı şəkildə tədris olunacaqdır, riyazi formulalar çox zəruri olduğu təqdirdə izah oluna bilər.
Təlimin hər dərsində bütün analizlər üçün

  • Qısa lakin hərtərəfli izah veriləcək
  • Proseduru SPSS vasitəsi ilə necə yerinə yetirəcəyiniz izah olunacaq (praktiki olaraq)
  • SPSS ilə alınan nəticəyə necə şərh etmək lazım olduğu öyrədiləcək, belə ki, siz bununla hipotezinizi test edə, sadə və ya mürəkkəb model qura və tədqiqatda qarşıya qoyduğunuz suala cavab tapa bilərsiniz

Təlim üçün tələblər nələrdir?

Təlimdə iştirak etmək üçün heç bir ön bilik tələb edilmir. Sadəcə sizi karyeranızda 1 addım önə atacaq bu bilikləri öyrənməniz üçün həvəsli olmalısınız!

Təlim proqramında nələri öyrənəcəksiniz?

– SPSS-ə giriş;

– SPSS faylları ilə iş;

– SPSS-də qrafiklərin yaradılması;

– SPSS-də sadə təhlil üsulları;

– Ehtimalın yoxlanması və data transformasiyası;

– Tək-nümunəli testlər (One-sample tests) ;

–  Korrelyasiya;

– Variasiya analizi/ANOVA;

– Ümumi xətti modellər;

– Reqressiya, çoxölçülü reqressiya modeli;

– Klaster analizi.
*Mövzularla daha ətraflı tanış olmaq üçün sillabusu yükləyin.

 

Proqramın qiyməti: 750 deyil, sadəcə 350 manat! Tələbələr üçün isə sadəcə 250 manat!

Proqramın müddəti: Dərslər 8 həftə (24 saat) olmaqla həftədə bir dəfə (3 saat) keçiriləcək.

*Təlimlərin sonunda iştirakçılar iştirakçı sertifikatı, fərqlənən iştirakçılar isə fərqlənmə sertifikatı ilə təltif ediləcək.

Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur. Bu fürsət bir daha ələ düşməz!
Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edin:

+994 77 4644050
+994 51 3414340

[email protected]

http://qss.az/trainings/tedqiqatcilar-uecuen-spss-telimi

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər