Təhlükəsizlik departamentinin direktor müavini – Rabitabank ASC

“Rabitabank” ASC Təhlükəsizlik departamentinin direktor müavini vakansiyası üzrə işə qəbul elan edir.

Əsas vəzifələr:

• Təhlükəsizlik Departamentinin fəaliyyətinin Əsasnaməyə uyğun aparılmasını təmin etmək;
• Təhlükəsizlik Departamentinin əməliyyat planının icra olunmasını təmin etmək;
• Təhlükəsizlik xidmətinə dair metodologiyanı hazırlamaq, zərurət yarandıqda təkmilləşdirmək və tətbiqini təmin etmək;
• Təhlükəsizlik qayda və prosedurların icra statusuna dair  müvafiq  hesabatlıq sistemini yaratmaq və onun aparılmasını təmin etmək ;
• Təhlükəsizlik sistemlərinin monitorinqlərini mütəmadi olaraq həyata keçirmək;
• Təhlükəsizlik sistemlərinin sabit və effektiv fəaliyyətini təmin etmək, habelə onların təkmilləşdirilməsinə və inkişafına dair bankın rəhbərliyinə təkliflər vermək;
• Təhlükəsizlik xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək;
• Təhlükəsizlik sahəsində aidiyyəti strukturların fəaliyyətinə nəzarət etmək;
• İşçilər və kənar şəxslər tərəfindən Banka təhlükə yarada biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirləri həyata keçirmək.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Bu və yaxud oxşar sahələrdə azı 5 il, rəhbər vəzifələrdə azı 2 il iş təcrübəsi;
• Giriş təhlükəsizliyini təmin edən cihazlar üzrə texniki biliklər və iş təcrübəsi;
• Barmaq izi kontrol cihazları üzrə texniki biliklər və iş təcrübəsi;
• Video-müşahidə cihazları üzrə texniki biliklər və iş təcrübəsi;
• Təhlükəsizlik tədbirlərin təşkil olunması sahəsində iş təcrübəsi;
• Fiziki təhlükəsizliyin təşkil edilməsi üzrə iş təcrübəsi;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Yüksək kommunikasıya qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Təşəbbüskarlıq;
• Stressə davamlılıq;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Təhlükəsizlik departamentinin direktor müavini göstərməyiniz xahiş olunur.
Qeyd etmək istərdik ki, yalnız yuxarıda sadalanmış səriştələrə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər