“DəmirBank” ASC Daxili Təhlükəsizlik Xidmətinə Təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə işəqəbul elan edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Bankın əsas binasında buraxılış rejminə nəzarət edilməsi, hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə hesabatın verilməsi;
• Müəyyən olunmuş buraxılış rejminə nəzarət edilməsi;
• Qorunan obyektdə giriş-çıxış zamanı işçilərin və ya digər şəxslərin ofisə keçirdiyi əşyalara və ofisdən çıxarılan əşyalara nəzarət edilməsi;
• Kamera vasitəsilə mühafizə rejminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
• Orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləmə və qərarvermə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 oktyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Təhlükəsizlik Xidmətinə -Təhlükəsizlik üzrə nəzarətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.