9 C
Baku
Friday, December 13, 2024

Təhsil naziri alternativ təhsil müəssisələrinin yaradılmasını təklif edir

“Dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) vahid məlumat bazası mövcud deyildi. Vakant yerlərin formalaşması, uşaq və müəllimlərlə, direktorların işə qəbulunda rəqabətliliyə diqqət etməliyik”.

Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, daha çox özəl sektorun sayının artırılması, alternativ təhsil müəssisələri ilə bağlı addımlar atılmalıdır: “Dövlət məktəblərində 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi 80 %-dən yuxarıdır. Uşaqlar bir il daha tez tədrisə başlayırlar. Bəzi fikirlər təəssüf ki, təhrif olunur. Ancaq uşaq nə qədər tez tədrisə başlasa gələcək fəaliyyəti üçün vacibdir. Bu elə başa düşülməsin ki, 1-ci sinfə bir il tez başlanılacaq”.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər