9 C
Baku
Thursday, December 12, 2024

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 102 milyon manata çatdırılacaq

Gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

Onun sözlərinə görə, artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər