-3 C
Baku
Sunday, December 15, 2024

Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlanıb

Təhsil tələbə kreditinin hansı müddətə verildiyi açıqlanıb.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: “Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 il ola bilər. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbənin gələcəkdə krediti qaytarmaması halı olarsa, məhkəmə ilə geri alınacaq. Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki tələbə kreditinə müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır”.

Son xəbərlər
Digər xəbərlər