1 C
Baku
Saturday, December 14, 2024

Təhsillə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Qanuna əsasən, təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqlar, cihazlar, qurğular və digər vasitələr gömrük rüsumundan azad ediləcək.

Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.

Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər