1 yanvar 2015- ci il tarixində regionlar üzrə kredit qoyuluşu artıb.
Banker.az Mərkəzi Banka istinadən məlumat verir ki, regionlar üzrə kredit qoyuluşu 18 542 609,9 min manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 390 663.1 mln manat və ya 2% artım deməkdir.
Təkcə Bakı şəhəri üzrə verilmiş kreditlər 15 396 324,8 min manat təşkil edib və ümumi kredit qoyuluşunun 83% -ni tutub. Bakı şəhəri üzrə verilmiş kreditlər is son bir ay ərzində 277 795.7 min manat yəni 2% artıb.
Digər Regionlar
Abşeron iqtisadi rayonu – 608 994,4 min manat, Aran iqtisadi rayonu- 1 105 688,3 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 129 731,1 min manat, Gəncə-Qazax iqtisadi rayonu – 427 287,4 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 142 891,8 min manat, Lənkəran iqtisadi rayonu – 327 793,1 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 172 159,2 min manat, Naxçıvan iqtisadi rayonu – 114 737,8 min manat təşkil edib.
Regionlar üzrə ən yüksək kredit qoyuluşu Aran iqtisadi rayonunda, ən aşağı kredit qoyuluşu isə Naxçıvan iqtisadi rayonunda qeydə alınıb.