“Təmiz Şəhər” ASC “Agro Trade Com” MMC ilə 5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 1 100 litrlik tullantı konteynerlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 4 814.4 min manatdır.
Onu da qeyd edək ki, “Agro Trade Com” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Elçin Abramovdur.