12 C
Baku
Wednesday, December 11, 2024

Təqaüdçülər 200 milyonluq xəzinəni qarət etdilər

Londonda polis aprel ayının əvvəlində Hatton-Garden xəzinəsinin qarət edilməsində şübhəli bilinən 9 yaşlı kişini saxlamışdır. Qeyd edək ki, zərər 200 milyon funt həcmində qiymətləndirilir.

Təqaüdçülərdən ibarət cinayətkar qrupun ələ keçirilməsi əməliyyatında 200-dən çox polis işçisi iştirak etmişdir. Saxlanılanlar sırasında 76 yaşlı ikinci əl maşın alverçisi Brayan Rider və onun 50 yaşlı oğlu da var. Bundan əlavə, 70 yaşlı digər təqaüdçü isə Londonun şimalında həbs edilmişdir. Digər şübhəli şəxs qismində saxlanılanların 3-ü 50 yaşında, 2-si 40 yaşından yuxarı, 1-i isə 67 yaşındadır.

Xəzinənin qarət edilməsi 3-5 aprel tarixləri arasında həyata keçirilmişdir. Təqaüdçülər xəzinəyə daxil olmaq üçün qonşu zirzəmidən divarı yarmışlar. Bura isə lift şaxtasından daxil ola bilmişlər. Onlar xəzinədə 72 depozit hücrəsini aça bilmişlər. Qarət edilənlər sırasında isə qiymətli daşlar, qızıl və nağd pul var.

Son xəbərlər
Digər xəbərlər