17 C
Baku
Saturday, May 18, 2024

Təyinat: “Meqa Sığorta”nın İdarə Heyətində dəyişiklik olub

Azərbaycanda fəaliyyət göstərən “Meqa Sığorta” ASC-nin İdarə Heyətində dəyişiklik baş verib.

Banker.az saytının xəbərinə görə, Sığorta Şirkətinin sədr müavini Cəmil Nəzərov vəzifəsini tərk edib. Bununla da sədrin 1 müavini qalıb.

Əldə olunan digər məlumata əsasən, Hamlet Qarayev İderə Heyətinə üzv seçilib. Lakin, məlumat kimi bildirək ki, H.Qarayev bundan öncə Meqa Sığorta-nın Direktorlar Şurası üzvi seçilmişdi və son aylarda açıqlamalara əsasən o bu siyahıdan çıxmışdı.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə, 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər