5 C
Baku
Saturday, December 14, 2024

Tacikistan və Qırğızıstan “ASAN xidmət” modelinin ixracı ilə bağlı Azərbaycana müraciət edib

“Tacikistan və Qırğızıstan “ASAN Xidmət” modelinin ixracı ilə bağlı Azərbayana müraciət edib”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ASAN xidmət modelinin tətbiqi ilə bağlı müraciət edən bəzi ölkələrlə danışıqlar aparırılır: “Bu yaxınlarda Özbəkistanla da saziş imzalamışıq. Bu, bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Bu ölkələrdən 10-da “ASAN xidmət” modelinin ixracı ilə bağlı işlərə başlamışıq. İxrac istiqamətində işlərimiz bundan sonra da davam edəcək. Təkcə “ASAN Xidmət” modeli ilə bağlı yox ümumiyyətlə Azərbaycanın elektron hökumət, İT həlləri proqramları artıq dünyaya ixrac olunur”.

©Report

Son xəbərlər
Digər xəbərlər