9 C
Baku
Thursday, December 12, 2024

Emil Məsimov

Qisa informasiya

Emil Məsimov 17 ildən artıqdır telekommunikasiya sektorunda fəaliyyət göstərməkdədir. Cənab Məsimov telekommunikasiyanın tənzimlənməsi, idarə edilməsi və informasiya təhlükəsizliyi sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış və Azerfon (Nar) şirkətində Baş Direktorun müavini vəzifəsinə qədər yüksəlmişdir. 2016-cı ildən etibarən Azerconnect şirkətinin rəhbərliyində təmsil olunmaqla bərabər O, informasiya və  kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasının üzvüdür.

Emil Məsimov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsini bitirmiş və təhsilini Bakı Dövlət Universitetində davam etdirərək 2007-ci ildə magistr dərəcəsi almışdır. 2013-cü ildə İngiltərinin Kembric şəhərində Mini-MBA təlimlərini uğurla başa vurduqdan sonra O, İngiltərənin Mançester Universitetində təhsilini davam etdirmiş və biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır.

2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə cənab Məsimov “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Cənab Məsimov 2022-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olmuşdur.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər