Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri
1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb, fərqlənmə diplomu ilə məzun olub.
2002-2004-cü illərdə ADİU-da Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura təhsili alıb, fərqlənmə diplomu ilə məzun olub.
2003-cü ildən bank sektorunda çalışır.
Azərbaycan Mikromaliyyə Bankında (indiki Access Bank) Mikro və SME kredit mütəxəssisi vəzifəsində 1 il 4 ay çalışıb.
“Shore Overseas Azerbaijan” BOKT (hazırki TBC) SME kredit mütəxəssisi vəzifəsində 1 il 3 ay çalışıb.
2006-cı ildə Unibank-da çalışmağa başlayıb. Burada korporativ kredit mütəxəssisi (1 il 2 ay), SME menecer (2 il 4 ay), korporativ müştərilər üzrə menecer (2 il 7 ay) vəzifələrində çalışıb.
2019-cu ildə Unibank-ın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini icra edib.
2020-ci ildə Unibank-ın İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilib.
2016-2017-ci illərdə “Bank VTB Azərbaycan”ın idarə heyətinin üzvü olub, bankın korporativ və pərakəndə biznesin inkişafı departamentinə rəhbərlik edib.