25 C
Baku
Sunday, April 21, 2024

Rövşən Allahverdiyev

Qisa informasiya

Rövşən Allahverdiyev Şamil oğlu – “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri

11 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub.

1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

Hələ ali məktəbdə oxuduğu zaman, 1992-ci ildə ilk özəl banklardan olan “Xəyal Bank”da işləməyə başlayıb.

1996-cı ildən 2002-ci ilədək “Arko Bank”da işləyib və İdarə Heyəti sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

2002-ci ildə “Zamin Bank”da işləyib.

2003-cü ildə “Qafqaz İnkişaf Bank”ında İdarə Heyəti sədrinin müavini olub.

Sonra 2006-cı ilədək “Texnika Bank”da işləyib.

2007-2013-cü illər ərzində “Paşa Bank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində olub.

2013-cü ilin iyun ayından “Kapital Bank”ın İdarə Heyətinin sədri işləyib.

2023-cü ilin 4 mayından Müşahidə Şurasının sədri təyin edilib.

Ailəlidir, 2 övladı var.

Aid xəbərlər və məqalələr

Əsas xəbərlər