Tailand 2022-ci ilin oktyabrından bu tərəfə Azərbaycandan neft alışını yenidən bərpa edib.
Banker.az-ın əldə etdiyi məlumatına görə, 2023-cü ilin aprelində Tailanda Azərbaycan məhsulu olan 220.69 min barel həcmində xam neft tankerlə göndərilib.
Bunun da dəyəri 15.54 mln. ABŞ dolları təşkil edir. Neftin bir barreli Tailand üçün 70 dollara düşüb.
Qeyd edək ki, həmin coğrafiyada Azərbaycandan cari ildə yalnız Sinqapur xam neft alıb. Ötən il isə bu siyahıda Malayziya, İndoneziya, Avstraliya, Vyetnam, Çinin ərazisi kimi tanınan Tayvan xam neft almışdılar. Bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Xatırladaq ki, Azərbaycan 2023-cü ilin ilk dörd ayında xaricə 67.7 mln. barel həcmində xam neft ixrac edib və bunun dəyəri 5 mlrd. 715 mln. ABŞ dolları təşkil edib.