23 C
Baku
Thursday, April 25, 2024

Tailand marixuananı narkotiklər siyahısından çıxarıb

Tailand marixuananı narkotiklər siyahısından çıxarıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu o deməkdir ki, bu ölkədə marixuananın istehsalı, idxalı, ixracı, paylanması, istehlakı və saxlanması rəsmi şəkildə qanuniləşdiriləcək.

Buna baxmayaraq, Tailand bu məsələ ilə bağlı bəzi məhdudiyyətlər qoyub:

–         marixuana yetişdirmək üçün bu barədə yerli hakimiyyət orqanlarına məlumat vermək lazım olacaq,

–         20 yaşdan kiçik şəxslərə və hamilə qadınlara marixuana satışı qadağan ediləcək,

–         tərkibində 0,2%-dən çox tetrahidrokannabinol (THC) olan sirr yağı ekstraktları narkotik maddələr kimi təsnif ediləcək və müvafiq qanunla tənzimlənəcək.

Tailandın Səhiyyə Nazirliyi kannabizdən sui-istifadə nəticəsində psixi problemləri ola biləcək şəxslərin monitorinqi üçün sistem quracaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər