10 C
Baku
Thursday, December 12, 2024

Tailand turistlər üçün peyvənd tələbini aradan qaldırıb – Qərar bir sutkadan az qüvvədə olub

Yanvarın 9-dan və ən azı ayın sonuna qədər ölkəyə gələn bütün turistlər Tailandda tanınan dərmanlardan biri ilə peyvənd sertifikatı təqdim etməli idilər. Siyahıda Rusiyanın “Sputnik V” və “Sputnik Light” peyvəndləri də olub. Eyni tələb Tailandda koronavirus pandemiyası zamanı qüvvədə olsa da, 2022-ci ilin oktyabrında ləğv edilib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Ölkəyə daxil olmaq üçün lazım olan sənədlərdən biri peyvənd və yola düşməzdən 180 gün əvvəl alınan Covid-19-dan sağalma sertifikatı olub. Sertifikat olmadığı halda daha bir seçim – ölkəyə gəldikdən sonra PCR-test vermək idi. Qeyd edək ki, bu test Tailandda ödənişlidir və qiyməti 400 bat təşkil edir.

Lakin yanvarın 9-da tələblər qüvvəyə minəndə Tailand onlardan imtina edib. Ölkənin baş nazirin müavini və səhiyyə naziri Anutin Çarnvirakul bildirib ki, bir qrup ekspert peyvəndin effektiv olduğunun sübut edilməsinin çox “ağır” olduğuna qərar verib və əlavə edib ki, bütün dünyada kifayət qədər insan artıq peyvənd olunub.

“Kommersant” yazır ki, giriş qaydalarının sərtləşdirilməsi ölkəyə turist axınının 20% azalmasına və ya tələbatın Hindistan, Şri-Lanka və Maldiv adalarına keçməsinə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər