2 C
Baku
Saturday, December 14, 2024

Taksi ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat tələb olunur

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə yeni dövlət rüsumları müəyyənləşdirilir.

Bununla bağlı məsələ Milli Məclisin iyunun 16-da keçirilən plenar iclasının gündəliyində daxil edilib.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üzrə dövlət rüsumları müəyyənləşdirilir.

Beləliklə, sənədə əsasən taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 25 manat, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişindaşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün 75 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün isə 3000 manat dövlət rüsumu ödəmək tələb olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər