Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi taksi sayının daha da azaldılacağı ilə bağlı yayılan xəbərlərə  münasibət bildirib. Qeyd edib ki, qanunvericilik bunu istisna etmir. Müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

Yeni qaydalara əsasən, taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İndiyə qədər hələlik 600-dən çox sürücü AYNA-ya müraciət edərək bu icazələri əldə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: