14 C
Baku
Saturday, April 27, 2024

Taksi xidməti sahəsində əsas problem nədir? – Nazir müavini cavablayıb

“Taksi xidməti sahəsində əsas problem tənzimləmənin zəif olmasıdır. Bu da haqsız rəqabətə və xidmət keyfiyyətinin aşağı olmasına imkan yaradır”.

Banker.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nazirliyin təşkil etdiyi görüşdə deyib.

Sərnişindaşımada xidmətin təşkilinin təkmilləşdirilməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, hazırda bu sahə ətraflı şəkildə təhlil edilir, dayanıqlı maliyyə modelinin qurulması, nağdsız ödəniş sisteminin tətbiqi ilə daha səmərəli idarəetmə sisteminin yaradılması imkanları araşdırılır.

Görüşdə vurğulanıb ki, nəqliyyat sahəsinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin tətbiqi üzrə işlər aparılır. Aparılan araşdırmalar və görülən işlərdə əsas məqsəd bu sahədə fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunması, sərnişinlərin təhlükəsizliyinin, informasiya təhlükəsizliyinin, həmçinin ekoloji tələblərə riayət olunmasının təmin edilməsi, haqsız rəqabət və inhisarçılığın qarşısının alınmasıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər