Banker.az monitorinq qrupu tərəfindən fərqli tarixlərdə taksit kartları ilə bağlı olan fərqli konspetdə olan araşdırmalar və təhlillər aparılaraq oxuculara təqdim edilib.
Bu mövzuya tez – tez toxunmağımızın səbəbi həm oxucuların əksəriyyətinin maraq dairəsinə xitab etməsi, həm də bu məhsullar üzrə şərtlərə Banklar tərəfindən tez-tez müdaxilə olunaraq bazar tələblərinə uyğunlaşdırılmasıdır.
Yəqin ki, bizimlə razılaşarsız ki, taksit kartlarının əldə edilməsi prosesi nağd kreditlərlə müqayisədə daha qəlizdir. Banklar adətən bu məhsullar üzrə müəyyən seqmentləşmə aparır və hər seqment üzrə müxtəlif şərtlər təqdim edir, həmçinin hər seqment üzrə fərqli tələblər müəyyən edir. Oxucularımıza daha da aydın olması üçün qeyd edilənlərə qısaca izah vermək istərdik: Bankların taksit kart məhsulları adi və premium seqment məhsullar olmaqla fərqləndirilir və premium seqmentə aid olan məhsul bir sıra özəllikləri ilə ön plana çıxır. Lakin premium seqment məhsulu əldə etmək elə də asan deyil. Səbəb isə Banklar bu məhsulların ərizəçiləri üçün müəyyən tələblər təyin edir. Bu tələblərə misal olaraq, minimal əmək haqqı, iş yeri, kredit tarixçəsi və s. misal göstərmək olar. Biz bugün, premium və adi seqmentə aid olan taksit kartları üzrə əmək haqqı tələblərini və bu tələblər müqabilində kart istifadəçisinə verilən üstünlükləri təhlil etmişik. Aşağıdakı cədvəldə bu məlumatları müqayisəli şəkildə görə bilərsiniz.
Bank / Kart | Kartın növləri | Əmək haqqı tələbi | Premium seqmentin üstünlükləri |
Bolkart
Bank of Baku |
Adi seqment
Bolkart Ailə və Bolkart Gənc Premium seqment Bolkart Gold Bolkart Diamond (Visa İnfinite) |
Adi seqment üzrə
205 AZN (vergilər tutulmamış) Premium seqment üzrə Gold – fərdi baxılır (kart üzrə minimum limit 3000 AZN-dir) Diamond – 2400 AZN (vergilər tutulmamış) |
Bolkart Gold
Bolkart Diamond
|
Albalı Plus
Unibank |
Adi seqment
Albalı Plus Standart Premium seqment Albalı Plus Gold |
Adi seqment üzrə
100 AZN (xalis /net) Premium seqment üzrə 500 AZN ( xalis / net) |
Albalı Plus Gold
|
Wolrdcard
YapıkrediBank |
Adi seqment
Worldcard Classic Premium seqment Worldcard Gold Worldcard Platinium |
Hər 2 seqment üzrə – 250 AZN (xalis /net) | Worldcard Gold
Nağdlaşma Limiti 60% Worldcard Platinium Nağdlaşma Limiti 100% Hər iki kart üzrə bəzi xarici ölkələrdə etdiyiniz alış-verişləri avtomatik olaraq taksitə bölmək mümkündür. |
Birkart
Kapital Bank |
Adi seqment
Birkart Premium seqment Birkart Cashback |
Kapital Bankdan maaş / təqaüd alanlar üzrə
Hər 2 seqment üzrə – 100 AZN (xalis /net) Əmək haqqı kartı digər banka məxsus olduqda Dövlət müəssisələri – 100 AZN (xalis /net) Özəl müəssisələr – 250 AZN (xalis /net) |
Birkart Cashback
İstifadəçinin nağdsız əməliyyatlar üzrə 1.5%-dən 10%-dək “cashback” qazanma imkanı. |
Paykart
Bank Respublika |
Seqmentləşmə yoxdur | 220 AZN (xalis net) | Premium seqment mövcud deyil |
Smile Card
Express Bank |
Seqmentləşmə yoxdur | 200 AZN (xalis net) | Premium seqment mövcud deyil |