10 C
Baku
Thursday, December 12, 2024

Taleh Kazımov: “Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq”

Yanvar ayından beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq.

Bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və istiqaməti iki hissəli olacaq. “Birinci hissə AMB-nin tranformasiyası, ikinci hissə maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq. Biz regulyator olaraq istəyirik ki, informasiya texnologiyalarının tətbiqi bazarda daha da inkişaf etsin”- deyə T. Kazımov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər