15 C
Baku
Saturday, April 20, 2024

“Taliban” Əfqanıstanda qızlara qoyulan təhsil qadağasının aradan qaldırılacağı tarixi açıqlayıb

Əfqanıstanda 2023-cü ilin mart ayında bütün qızların təhsil müəssisələrinə qayıtmalarına icazə veriləcək.

Bu açıqlama ilə “Taliban” hərəkatının liderlərindən biri, Əfqanıstan İslam Əmirliyinin faydalı qazıntılar və neft naziri olan Şahabuddin Dilavər çıxış edib.

Şahabuddin Dilavər hazırda Əfqanıstanda qızların universitetlərə buraxılmamasını müvəqqəti sərt tədbir kimi qiymətləndirib.

Şahabuddin Dilavər əlavə edib ki, “Taliban” hərəkatı hər zaman islam dəyərlərini və əfqan ənənələrini rəhbər tutub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər