23 C
Baku
Tuesday, April 23, 2024

Taliban qadınlardan ibarət polis bölməsi yaradıb

Taliban Əfqanıstanda qadınlardan ibarət milli polis bölməsi yaradıb.

Bu barədə ölkənin “TOLOnews” agentliyi məlumat yayıb.

Bölmədə işləmək üçün Taliban hakimiyyətə gələnə qədər Əfqanıstan Daxili İşlər Nazirliyində işləyən qadınlar işə götürülüb. Hazırda bölmədə 100-ə yaxın qadın təlim keçir.

Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparan Mühadis Amin deyib ki, Taliban bu yolla etiraz aksiyalarında qadınlara qarşı qəddarlığa ictimai reaksiyanı cilovlamaq istəyir. Agentlik qeyd edir ki, bölmə etirazlar üzərində işləyəcək və aksiyalarda iştirak edən əfqanlarla qarşılıqlı əlaqədə olacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər