24 C
Baku
Thursday, April 18, 2024

TAP-la Azərbaycan qazının İtaliyaya nəqli 2.5 dəfə artacaq

Kommersiya əməliyyatları başlayandan bəri Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik kəməri (TAP) vasitəsilə İtaliyaya 13.5 mlrd. kubmetrdən artıq qaz nəql edilib.

Bu barədə TAP konsorsiumunun idarəedici direktoru Luka Şippati bildirib.

“Kommersiya əməliyyatları başlayandan bəri TAP ilə Avropaya 16 mln. kubmetrdən çox qaz nəql edib ki, bunun da 13.5-dən çoxu İtaliyaya çatdırılıb, bu da bütün qitənin tədarük təhlükəsizliyinin gücləndirilməsinə kömək edir”, – Luka Şippati qeyd edib.

Onun sözlərinə görə, bu il TAP ilə İtaliyaya nəql edilən qazın həcmi 9.5 mlrd. kubmetrə çata bilər, bu da keçən illə müqayisədə 2.5 dəfə çoxdur: “Söhbət milli qaz tələbatının 13%-dən çoxundan gedir”.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər