10 C
Baku
Friday, December 13, 2024

Tariflərin “şişirdilməsinə” görə iki provayderə qarşı maliyyə sanksiyası tətbiq edilib

Ötən il “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatıb və müvafiq qərar qəbul edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Belə ki, cəmiyyətlər tərəfindən tənzimlənən qiymətlərdən fərqli qiymətlərin tətbiq edilməsi müəyyən olunub. Hər iki quruma daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib”, – deyə M.Abbasbəyli əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər