18 C
Baku
Thursday, April 25, 2024

Tarixə adını böyük hərflərlə yazan treyderlər (II)

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Paul Tudor Jones

“Əvvəlcə qiymət hərəkət edir, daha sonra fundamental hadisə özünü göstərir. Demək olar ki, bütün hallarda, qiymət hərəkətinə səbəb olan fundamental hadisə camaata məlum olanda, həmin qiymət hərəkəti artıq başa çatmış olur. Fundamental hadisələr trendin ilk 30%, bəlkə də deyərdim 50-60%-də rol oynayır, amma trendlərin son üçdə bir hissəsində onların heç bir rolu yoxdur.

Ola bilsin ki, mən trendlərin orta hissəsində “ətin ən dadlı tikəsini” dada bilməmişəm, amma zirvədə də dibləri tutmağa çalışaraq, yaxşı pullar qazanmışam”. Bu sözlər artıq 25 ildən çoxdur ki, fəaliyyət göstərən və 12 milyard dollar vəsaiti idarə edən Paul Tudor Jones-ə məxsusdur. 1987-ci ilin şiddətli enişi nə az nə çox, duz 1 il öncədən düzgün proqnoz edən tək-tük adamlardan biridir.

Tudor%20investment

Tudor Investment Corporation şirkətinin təsisçisi Paul Tudor Jones, 1987-ci “The Trader” adlı

sənədli filmə çəkilərkən.

Bu çəkiliş zamanı Paulun 32 yaşı var idi. 2012-ci ildə Paul 3,4 milyardla dünyanın 400 ən zəngin insanı arasına qatılıb. Paulun öz sözlərinə görə, bu şəkildə geyinmiş olduğu ayaqqabı məşhur aktyor Bruce Willisə məxsus olub və Paul onları xeyriyyə hərracından alıb. Paul deyir ki, bu ayaqqabıları geyinəndə həmişə əməliyyatlarım uğurlu keçir. Amma çəkiliş zamanı ayaqqabılar onu pis vəziyyətdə qoyub. Həmin gün Paul 5% itki verib (6 milyon dollar). Həmin vaxtlar, yəni 1987-ci ildə Tudor Investment Corporation 300 müxtəlif müştəridən gələn cəmi 125 milyonluq kapitalı idarə edirdi. İndi bu rəqəm 12 milyardı ötür. Son 25 il ərzində bu adam orta hesabla illik 19.8% (Bloombergin dediyinə görə) qazanc əldə edib. Ona görə kimsə sizə deyəndə ki, hər ay hesabını 2 dəfə artırmırsansa deməli treyder deyilsən, heç fikir verməyin elə insanlara.

Benoit%20MandelbrotBenoit Mandelbrot

Fraktallar nəzəriyyəsində böyük işlər görmüş məşhur riyaziyyatçı Benoit Mandelbrot. Bu adam həyatının böyük hissəsini bazarda fraktallar məsələsinin araşdırılmasına həsr edib. Bill Williams hətta 1 dəfə öz seminarında deyirdi ki, “cənab Mandelbrot o qədər maraqlı insandır ki, o öz sutkasının 24 saat yox, 24 saatdan bir qədər artıq olduğuna inanır. Və buna görə də elə olur ki, bəzən o, iş yerinə gələndə, millət artıq evə getməyə hazırlaşır. Bunu etməyə cəsarət tapmaq üçün gərək özünə arxayın olan bir insan olasan. Xatırladım ki, Maldelbrot uzun illər IBM şirkətində çalışıb. 2010-cu ildə ABŞ-da dünyasını dəyişib.

Bob%20PrechterBob Prechter

Ralph Nelson Elliotun vəfatından sonra onun “Dalğa nəzəriyyəsini” bütün dünyaya tanıdan, bu nəzəriyyənin genişləndirilməsində və təkmilləşdirilməsində əvəz olunmaz rolu olan Bob Prechter hələ 80-ci illərdə deyirdi ki, A.B.S. səhm bazarı böyük 5-ci dalğaya yaxınlaşır və bu dalğa 2000-ci illərdə bitməlidir. Böyük sözü burda 1 əsr dövrü əhatə edən beş dalğanı nəzərdə tutur. Bir çox insanlar elə bilir ki, Bobun proqnozu özünü doğrultmadı, çünki Dow indeksi 2000-ci ildən sonra hələ çox maksimumlara yüksəldi. Əslində amma bu belə deyil. İnflyasiyaya uyğunlaşdırılmış nöqteyi-nəzərdən baxanda Dow özünün son maksimumunu 1999-2000-ci illərdə yaradıb, ondan sonra isə bu maksimumu keçə bilməyib. Baxmayaraq ki indeks qiymət etibarı ilə yeni maksimumlara yüksəlmişdir.

LivermoreJesse Lauriston Livermore

Bazar heç bir halda deyişmir. Ciblər dəyişir, texnologiya dəyişir, amma qiymət hərəkəti hər zaman eyni qalır. Bazar deyişməz olaraq qalır. Necə deyişə bilər axı bazar? Bazarı hərəkətə gətirən fundamental faktorlar deyil, siyasi və iqtisadi hadisələr deyil, bazarı hərəkət etdirən amil məhz insan emosiyasıdır. İnsan emosiyaları isə əbədi olaraq dəyişməz qalır. 20-ci əsrin ən görkəmli treyderlərindən biri, Jesse Lauriston Livermore. Bu adam bu sözləri dəyəndə 1920-ci illər idi. Üstündən 100 il keçir, insanlar artıq planetin istənilən nöqtəsindən istənilən bazarda iştirak edə bilirlər. Əməliyyatlar bir göz qırpımında, elektron vasitələrlə həyata keçirilir. Amma qiymət özünü 100 il bundan əvvəl necə aparırdısa, indi də o cür aparır. Eyni formalaşmalar, eyni hərəkətlər. Bu 100 il bundan əvvəl də belə olub, indi də belədir, 100 ildən sonra da belə olacaq.

“Yalnız bazar sənə bazarın nə olduğunu öyrədə bilər” – Jesse Lauriston Livermore

nick boardroom 02Nick Leeson

Nick Leeson həbsdən çıxandan sonra söhbətində deyir: Mən həmişə bilirdim treyd işi həyatın hər sahəsinə oxşardır. Hər bir treyder o sənətlə həyatın digər tərəfləri arasında böyük oxşarlıqlar görür. Mənim gördüyüm oxşarlıq nədir soruşursunuz? Bazar həmişə asta-asta, pillə-pillə, tədricən yüksəlir. Amma enəndə ildırım sürəti ilə enir. Aylarla, illərlə yığdığı qiyməti günlər ərzində silir. Əslində həyat da belədir. İnanmırsınızsa Barings bankına baxın, deyə, jurnalistin sualına cavab verir, Barings barəsində söz açmaq istərdim. Qədim-qədim dövrlərdə, İngiltərədə Barings adlı bir bank var idi. Bu bank, özünün 1717-ci ildə yaranma tarixi ilə Britaniyanın ən qədim özəl investisiya bankı idi. Bu bankda 20-ci əsrin 90-cı illərində Nick Leeson adlı bir treyder işləməyə başlayır. Çox qısa müddətdə, Nick Leeson, özünün 800 milyon funtluq itkiləri nəticəsində, hətta kraliçanın hesabının yerləşdiyi bu ən qədim özəl investisiya bankını diz çökdürür. O bank (Barings), müflisləşərək daha sonradan digər banklara 1 funt sterlinq qiymətinə satılır. Həqiqətən camaatın 200 il ərzində qurduğunu bu insan 2 il içində məhv edə bilir, özünün də dediyi kimi, bazar və həyat çox oxşar imiş.

Nickin söhbətinə baxanda haradasa adamın ona ürəyi ağrıyır. Nick deyir ki, mən Sinqapur filialında idim, İngiltərədəkilərin isə mənim itkilərimdən xəbəri yox idi. Hər dəfə onlarda nəisə şübhə yaranırdı, amma heç nə tapa bilmirdilər. Bir dəfə səhər işə gedəndə, qəzetin başlığında gördüm ki “Treyder bankı müflisləşdirmək üzrədir” adlı bir yazı var. Həmin an özümü dünyanın ən xoşbəxt adamı hiss elədim, çünki mənə elə gəldi ki, dünyada sən demə məndən də pis vəziyyətdə olan insanlar var. Amma həmin an heç ağlıma da gəlməzdi ki, o başlıq mənə aiddir, altında mənim adım yazılıb. Nick-ə bir neçə illik azadlıqdan məhrum olunma və həyatının sonuna kimi bazara yaxın gəlmək məhdudiyyəti qoyulub. Yəqin ki, ikinci qadağa Nicki, birincidən daha çox üzüb.

Martin%20PringMartin Pring

Martin Pring texniki analiz sahəsinin tədrisində böyük əməyi olan şəxsdir. Bir dəfə onun seminarlarından birini izlədim, istərdim ki təəssüratlarımı sizinlə də paylaşım: Martin dərsi başlamağa əcaib üsul seçmişdi. O, zalda əyləşənləri salamladıqdan sonra belə bir məsələyə toxundu: “O gün bir nəfərlə (təzə tanış olduğum bir şəxs) söhbət edirdim. Söhbət Kanadadan düşdü. Adam birdən birə mənə qayıtdı ki, Kanadalılar ya xokkey oyunçuları olur, ya da əxlaqsızlıq ilə məşğul olurlar. Bu söz mənə toxundu və mən sakitcə buna tərəf yönəlib dedim ki, sən yəqin hələ bilmirsən, amma mənim həyat yoldaşım kanadalıdır.

Adam bunu eşidəndə özünü itirmədən o dəqiqə mənə qayıtdı ki, “arvadın hansı xokkey komandasında oynayır?” -Bunu zalda əyləşənlərə danışandan sonra Martin, biz təbii ki, bura xokkey barəsində deyil, texniki analiz barəsində danışmağa gəlmişik, deyib seminara başladı.

Stiv%20NisonSteve Nison

Hərdən adama elə gəlir ki, bu adamlar treyd sənətini komediya ilə səhv salırlar. Qərb dünyasında şamların nəzəriyyəsinin atası sayılan Steve Nison öz seminarlarının birində belə bir söhbət açdı: 80-ci illərdə ilk dəfə Yapon şamlarını qərb dünyasına tanıtdırdığım bir ərəfədə, məşhur maliyyə jurnallarının birində mənim məqaləm dərc olunur. Bunu deyəndən sonra Steve dərsin ortasında həmin jurnalın üz qabığını göstərərək öz məqaləsindən danışır. Üz qabağında Steve-in cavanlıq şəkli olur. Və məqalənin başlığı şamlara aid olur. Söhbətinin axırında isə Steve zalda əyləşənlərə deyir “mən çox şadam ki onlar bu jurnalın üz qabağında olan köhnə başlığı dəyişdirdilər. Çünki bundan əvvəl başlıq belə idi: Yaxın qohumlar evlənəndə axırı belə olur”

Səmimi söhbət başqa şeydir. Steve Nisonun seminarlarından birində otaqda əyləşən yaşlı bir tələbə tez-tez öskürürdü, imkan vermirdi Steve sözünü aydın eşitdirsin. Seminarın birinci hissəsində Steve ona heç nə demədi, amma ikinci hissədə artıq öskürəklərdən bezən Steve tələbəyə babat bir söz dedi: “Mənim bir tanışım var idi, o da sizin kimi öskürürdü. Axırda öskürək onun ölümünə səbəb oldu. (Bu məqamda zalda hər kəs sakit dayanıb, məyus halda söhbətin ardını gözləyir, Steve isə cümləsini davam etdirir) – “Düzdür, həmin o şəxs öskürən məqamda dostunun arvadının yataq otağındakı şkafında idi”. Bu məqamda isə zalda hər kəsi gülmək tutur (yəqin ki, bizim seminarlarda belə söhbətləri tez-tez eşitməzsiniz).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər