6 C
Baku
Sunday, December 15, 2024

Taxıl qıtlığına kim “cavabdeh”dir? – Aİ Rusiyanı ittiham edir

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bütün dünyada təsirini göstərməyə başlayan taxıl qıtlığına görə Rusiyanın məsuliyyət daşıdığını deyib.

Banker.az xəbər verir ki, Borrell sosial mediada mövzu ilə bağlı verdiyi açıqlamada Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaların bu ölkənin döyüş qabiliyyətini zəiflətmək məqsədi daşıdığını və kənd təsərrüfatı məhsullarını ehtiva etmədiyini vurğulayıb. O, belə qeyd edib: “Rusiyanın Ukrayna limanlarını blokadaya almasıı qarğıdalı və buğda kimi tonlarla taxılın dünyanın əsas istehsalçılarından biri olan Ukraynada qalmasına səbəb olur və onların ixracına mane olur. Beynəlxalq taxıl ticarətindəki qıtlığın birbaşa məsuliyyəti Rusiyadadır”.

Borrell Kremli dezinformasiyada ittiham edib. O iddia edir ki, Rusiya hücumlarına son qoymaq əvəzinə, günahı sanksiyaların boynuna atır.

Borrell qeyd edib ki, müharibənin yaratdığı problemləri həll etmək üçün bütün dünya ölkələri ilə tam həmrəy olacaqlar.

Son xəbərlər
Digər xəbərlər