İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 3 gəminin çıxışına icazə verib.
Bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü təxminən 107 000 tondur. Onlar Türkiyə və İspaniyaya taxıl və qarğıdalı daşıyır.
1-30 avqust tarixlərində Ukrayna limanlarından ümumilikdə 1.4 milyon ton ərzaq daşınıb.