Tayvan bölgədə Çin hərbi təyyarə və gəmilərini qeydə alıb

Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun (PLA) 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

İddia edilir ki, manevrlər zamanı üç “J-16” qırıcısı və bir “Su-30” Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Son xəbərlər
Digər xəbərlər