7 C
Baku
Thursday, December 12, 2024

“TBC Kredit” BOKT-un istiqrazlarının “Açılış Zəngi” keçirildi

23 sentyabr Bakı Fond Birjasında TBC Kredit BOKT MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib. Banker.az-a bu barədə BFB-dən bildirilir. 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirilib.

Açılış mərasimində emitent tərəfindən TBC Kreditin direktoru Əjdər Əliyev, birja üzvü tərəfindən AzFinance investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev, AMFA (Azərbaycan Mikromaliyyə Assosiyasiyası) direktoru Jalə Hacıyeva və BFB-nin sədri vəzifəsini müvəqqəti əvəz edən Eldar Abdullayev iştirak edib. BFB-nin İdarə Heyətinin sədri Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək TBC Kreditin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Bakı Fond Birjasında partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulan Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak etmişdir, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirmişdir və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd etmişdir.

Son xəbərlər
Digər xəbərlər