11 C
Baku
Wednesday, December 11, 2024

“Telegram” kriptovalyuta əməliyyatlarının dayandırılmasına razılıq verib

“Telegram” şirkəti blokçeyn platformasını və kriptovalyuta əməliyyatlarının dayandırılmasına razılıq verib.

Banker.az xəbər verir ki, bu barədə məhkəməyə istinadən TASS məlumat verib.

Qeyd edildiyi kimi, “Telegram” ın qərarı ilə əlaqədar bəyanat şirkətin vəkilləri tərəfindən verilib.

Sənəddə deyilir ki, məhkəmə işin bütün hüquqi məsələlərini həll etməyincə şirkət yaratdığı “Gram” kriptovalyutasını ən azı 5 ay müddətində satmayacaq.

“Komissiyanın irəli sürdüyü tələblərin heç bir əsası olmasa da, “Telegram” blokçeyn platformasının istifadəyə verilməsini təxirə salmağa qərar verib”, – müraciətdə deyilir.

Bundan əvvəl, ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) ABŞ-da və xaricdə “Gram” tokenlərinin ilkin kütləvi təklifi ilə məşğul olan iki şirkətin işində müvəqqəti məhdudiyyət əldə etdiyi məlum olub.

 

 

Son xəbərlər
Digər xəbərlər