Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Amerika Milli İdarəetmə Komitəsinin proqramında çıxış edib.
NTV xəbər verir ki, Ərdoğan ABŞ-dan Türkiyənin müttəfiqlik ruhuna uyğun olaraq terrorla mübarizəsinə dəstək verməsini istəyib.
“PKK-YPG-dən İŞİD-ə, FETÖ-yə qədər heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk və davam etdirəcəyik. Terrorun qanlı və qaranlıq kölgəsini bölgəmizdən mütləq çıxaracağıq”,- deyə Ərdoğan çıxışında bildirib.
Rəcəb Tayyib Ərdoğan FETÖ liderini və təşkilat üzvlərini Türkiyəyə ekstradisya etmək üçün Amerika səlahiyyətliləri qarşısında cəhdlər edilidiyini diqqətə çatdırıb.
Ukraynadakı müharibəyə toxunan Ərdoğan həmçinin taxıl müqaviləsində Türkiyənin rolunu vurğulayıb.